AzMİ: Azərbaycanda dəqiq vaxt ötürülməsi sisteminə dövlət qurumlarının marağı azdır
Azərbaycanda dəqiq vaxtın ötürülməsi üçün texniki imkanlar yaradılsa da, dövlət qurumlarının bu sistemə qoşulmasına maraq aşağıdır.
Bunu "Report"a Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) labaratoriya müdiri Şamxal Abbasov qurumda təşkil olunan mediatur çərçivəsində deyib.
Onun sözlərinə görə, hazırda əhalinin böyük hissəsi vaxt məlumatını mobil telefonlar vasitəsilə əldə edir və telefonlar internet üzərindən beynəlxalq vaxt serverləri ilə sinxronlaşaraq saatlarını avtomatik tənzimləyir: "Ölkədə dəqiq vaxtın dövlət qurumlarına və digər istifadəçilərə ötürülməsi üçün imkanlar mövcuddur, lakin bu xidmətdən istifadə edənlərin sayı çox deyil. Dəqiq vaxtı bütün əsas dövlət qurumlarına təqdim etməyə hazırıq. Təəssüf ki, bu xidmətə qoşulmaq istəyən qurumların sayı hələ də azdır".
Ş. Abbasov qeyd edib ki, son dövrlərdə vaxt ölçmələri sahəsində yeni imkanlar yaradılıb və ölçmə infrastrukturu genişləndirilib: "Bununla belə, bu imkanlardan daha geniş istifadə olunması üçün dövlət qurumlarının prosesə fəal qoşulmasına ehtiyac var".
Oxşar xəbərlər
Azərbaycanda dəqiq vaxt siqnallarının teleqüllə vasitəsilə yayımı planlaşdırılır
AzMİ: Elektron cihazlarda vaxt fərqləri istifadəçilərdə çaşqınlıq yaradır
Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 83 % azalıb
Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 37 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
