Böyük Britaniyanın keçmiş baş naziri iqlim dəyişikliyi ilə birgə mübarizəyə çağırıb
İqlim dəyişikliyi ilə mübarizədə uğurlu nəticələr əldə etmək üçün birgə fəaliyyət göstərmək lazımdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.
"COP çərçivəsində birgə fəaliyyət vacibdir. İqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan bütün COP-ların önəmi böyükdür. Bununla yanaşı, hökumətlər bütün biznesləri və insanları iqlim dəyişikliyi ilə mübarizədə məqsədlərə çatmaq üçün təşviq etməlidir. İqlim dəyişikliyi ilə mübarizədə məqsədlərə çatmaqla biz yalnız təbiəti xilas etmirik, eyni zamanda insanlığı da xilas edirik",- deyə o qeyd edib.
Oxşar xəbərlər
COP29 çərçivəsində "Maliyyə, investisiya və ticarət günü” təşkil ediləcək
COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq
Bu gün Azərbaycanda COP29-a start verilir
Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
