Azərbaycan Böyük Britaniya ilə “yaşıl sərmayə”lərin təşviqini müzakirə edib
Azərbaycan Böyük Britaniya ilə “yaşıl sərmayə”lərin təşviqini müzakirə edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində Böyük Britaniyanın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr ilə görüşüb.
“Yaşıl ekosistemin inkişafı istiqamətində Azərbaycanın qlobal təşəbbüslərə töhfələri, ölkələrimizin strateji iqtisadi münasibətlərinin intensiv inkişafı, biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi, “yaşıl sərmayə”lərin təşviqi və səmərəli enerji keçidi ilə bağlı müzakirələrimiz olub”, - deyə M.Cabbarov bildirib.
() çərçivəsində -nın xəzinədarlıq nazirinin maliyyə katibi Lord Spenser Eliot Livermor () və ticarət siyasəti və iqtisadi təhlükəsizlik naziri Duqlas Aleksandr () ilə görüşdük. Yaşıl ekosistemin inkişafı istiqamətində…
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Oxşar xəbərlər
Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
İqtisadiyyat naziri: "Yaşıl iqtisadiyyat”ın inkişafı zəruri olub"
COP29-da "Yaşıl artım portalı"nın layihəsi təqdim olunacaq
Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib
Mikayıl Cabbarov: "Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi dəstəkləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













