FHN küləkli hava şəraitiv ilə əlaqədar vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.
APA xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilib ki, aparılan geniş maarifləndirmə işlərinə və küləkli hava şəraitində, eləcə də qeyri-çimərlik ərazilərində çimməyin təhlükələri barədə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur.
Qeyd olunub ki, ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi qaydalara riayət etməyin vacibliyini bir daha göstərir.
FHN vətəndaşları küləkli havada dənizə girməməyə, qeyri-çimərlik ərazilərində çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!”, – deyə müraciətdə vurğulanıb.
Nazirlik xatırladıb ki, təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək lazımdır.
Oxşar xəbərlər
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib
Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
