Azərbaycan və Türkmənistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
DOST Agentliyində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ilə türkmənistanlı həmkarı Muxammetseyit Sılapov arasında görüş keçirilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Azərbaycanda səfərdə olan Türkmənistan nümayəndə heyəti əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Qonaqlara DOST Konsepsiyası və sosial sahədə tətbiq edilən rəqəmsal xidmətlər barədə təqdimatlar edilib.
A. Əliyev bildirib ki, həmin gün Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadilə olunan sənədlər arasında Azərbaycan ƏƏSMN ilə Türkmənistanın ƏƏSMN arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da yer alıb.
Nazirin sözlərinə görə, sənəd iki qurum arasında müntəzəm dialoqun, təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin hüquqi əsasını formalaşdırmaqla əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.
Görüş zamanı sosial sığorta sistemlərinin modernləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, peşə hazırlığı və yenidən hazırlıq proqramları üzrə təcrübə mübadiləsi üçün geniş potensialın olduğu vurğulanıb. Həmçinin əməyin mühafizəsi, sosial xidmətlər, məşğulluq proqramları, pensiya sisteminin inkişafı və həssas əhali qruplarına dəstək istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd olunub ki, Azərbaycan və Türkmənistan hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair saziş layihəsi artıq hazırlanıb.
M. Sılapov isə iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində gələcəkdə də mühüm addımların atılacağını bildirib. O, sosial islahatlar sahəsində təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda fəaliyyət göstərən Əmək Mərkəzinin üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs olunub, iki nazirlik arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Ölkəmizdə səfərdə olan Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onun üçün DOST Konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.
— Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (@sosial_gov_az) June 22, 2026
DOST… pic.twitter.com/cO0sOLV8MH
Oxşar xəbərlər
Türkmənistanlı nazir DOST Mərkəzi ilə tanış olub
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Üç yaşınadək uşaqları ilə birlikdə yaşayan məhkum qadınlarla görüş keçirilib
Son dörd ayda “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
