Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib
Azərbaycan "Baker Hughes" şirkəti ilə emissiyaların azaldılmasına yönəlik fəaliyyəti müzakirə edib.
"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.
“Görüşdə ölkəmizin “yaşıl gələcəy”inə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik”, - deyə M.Cabbarov bildirib.
() çərçivəsində "Baker Hughes" () şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə ölkəmizin yaşıl gələcəyinə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik…
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Oxşar xəbərlər
COP29-da "Yaşıl artım portalı"nın layihəsi təqdim olunacaq
Azərbaycan Böyük Britaniya ilə “yaşıl sərmayə”lərin təşviqini müzakirə edib
Mikayıl Cabbarov: "Enerji keçidi prosesində mühüm təşəbbüslərimiz var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
