Azərbaycanda 5 ayda 191 min "ASAN İmza" sertifikatı verilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 190 935 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Bu barədə "Sizinxeber.az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.
Hesabat dövründə "ASAN İmza"lar 121 812 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 7,4 % azdır.
"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
Sertifikatlar 3 il etibarlıdır.
Oxşar xəbərlər
Azərbaycanda 2 ayda 86 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Azərbaycanda 6 ayda 230 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Azərbaycanda I rübdə 112 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı 17 % azalıb
Azərbaycanda I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
