"Miniboss Biznes Məktəbi"nin rəhbəri: "Uşaq sahibkarlar əldə etdikləri gəliri bizneslərinin inkişafına yönəldirlər"
"Miniboss Biznes Məktəbi"nin şagirdləri öz layihələrindən qazandıqları gəliri yenidən startaplarının inkişafına sərf edirlər.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin rəhbəri Alina Xələfova jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, təhsil müddətində uşaqlara mütəmadi olaraq izah olunur ki, əldə etdikləri gəliri xərcləmək əvəzinə öz layihələrinə yenidən qoymaqla işlərini böyüdə bilərlər: "Təcrübədən görünür ki, yuxarı yaş kateqoriyasına daxil olan uşaqlar bu yanaşmaya daha böyük həvəs nümayiş etdirirlər. Onların düşüncələri daha ardıcıl olur və onlar seçdikləri ideyanın nəticə verəcəyinə əmindirlər. Məhz buna görə eyni layihəni hər il inkişaf etdirərək müxtəlif formatlarda nümayiş edir və müvəffəqiyyət əldə edirlər Aşağı yaş qrupundakı iştirakçılar isə sonrakı il yeni ideyalar üzərində çalışmağa meyl göstərirlər".
A.Xələfova həmçinin bildirib ki, həqiqətən qeyri-adi bir vəziyyətdir ki, bu yaşda uşaqlar investorların qarşısında qrant əldə etmək məqsədilə çıxış edirlər: "Onların prezentasiyaları yalnız "bizə bu miqdarda maliyyə vəsaiti tələb olunur" ifadəsi ilə bitmir. Uşaqlar layihələrinin məzmununu, bazardakı imkanlarını və maliyyə tələblərini dəlillərlə izah edirlər. Bu isə investorlar baxımından son dərəcə əhəmiyyətli göstəricidir. İnvestorun başlıca funksiyası layihəni qiymətləndirmək və ona dəstək göstərməkdir. Bu yardım həm maddi, həm də qeyri-maddi xarakter daşıya bilər. Qeyri-maddi köməyə təlim proqramları, mentorluq xidmətləri və peşəkar məsləhətlər aiddir. Maddi dəstək isə layihənin irəliləyişi üçün ayrılan maliyyə resurslarıdır".
Oxşar xəbərlər
Alina Xələfova: "Miniboss Biznes Məktəbi" çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verir"
Alina Xələfova: "Şagirdlər startap forumlarında təqdimat bacarıqlarını inkişaf etdirirlər"
Bakıda Miniboss Biznes Məktəbinin 5-ci Startap Forumu keçirilir
"Miniboss Biznes Məktəbi"nin təsisçisi: "Forumda təqdim edilən layihələr dünyada uğurlu startaplardan birinə çevrilə bilər"
Alina Xələfova: "MiniBoss Business School Baku" həm biznes bilikləri verən, həm də təcrübə qazandıran ilk və yeganə məktəbdir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
