Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq
sizinxeber.az xəbər saytı

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq


Bu gün uşaqlarımız kiberzorakılıq, zərərli məzmun və şəxsi məlumatların oğurlanması kimi ciddi kiberhəmlələrlə üz-üzədirlər. Dövlət Komitəsinin yaxından iştirakı ilə hazırlanan yeni qanun layihəsi bu sahədə hüquqi nizam yaradır. Yeni qaydalara əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatı məhdudlaşdırılır; 16–18 yaş arası yeniyetmələrin fəaliyyəti isə birbaşa valideyn nəzarətinə və razılığına bağlanır.

Axar.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, bu tənzimləmə təkcə valideynlərin deyil, həm də internet provayderlərinin və qlobal platforma sahiblərinin üzərinə böyük öhdəliklər qoyur.

"Yeni mexanizmə görə, Azərbaycanda fəaliyyət göstərən rəqəmsal platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli və illik hesabat təqdim etməlidirlər. Platformada qanunazidd hallara yol verilərsə, onların aradan qaldırılması məsuliyyəti birbaşa şirkətin üzərinə düşür. Bu tələbləri yerinə yetirməyən platformaları böyük məbləğdə cərimələr, hətta fəaliyyətin tamamilə dayandırılması gözləyir.

Bu istiqamətdə artıq qəti addımlar atırıq. Dünyanın ən böyük uşaq oyun platformalarından olan "Roblox" şirkətinin rəhbərliyi ilə onlayn görüş keçirdik, uşaqların naməlum şəxslərlə ünsiyyətə cəlb olunması, bullinq, kibertəhlükələrlə bağlı narahatlığımızı dilə gətirdik və bildirdik ki, təhlükə davam edərsə, platformanın bloklanması təşəbbüsü ilə çıxış edəcəyik.

Eyni zamanda Tiktokda şəbəkəsində də uşaqların istismarı və onların ləyaqətini alçaldan məzmunlarla bağlı narahatlıqlarımızı aidiyyatı üzrə çatdırmışıq.

Bizim məqsədimiz uşaqları internetdən təcrid etmək və ya qadağalar qoymaq deyil. Əsas hədəfimiz uşaqların rəqəmsal savadlılığını və özünüqoruma bacarıqlarını artırmaq, eyni zamanda qaydaları pozan tərəflərin məsuliyyətini müəyyən edərək təhlükəsiz virtual mühit formalaşdırmaqdır", - komitə sədri qeyd edib.

Oxşar xəbərlər

Bahar Muradova: Valideynlər rəqəmsal savadlılıq sahəsinə cəlb edilməlidir
Rəşad Məcid: Qlobal platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir
Komitə sədri: Uşaqlar üçün oyun platformaları Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər
Bahar Muradova: Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil
Bahar Muradova: Uşaqların zərərli informasiyadan qorunması Azərbaycanın əsas prioritetlərindəndir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər