Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək
sizinxeber.az xəbər saytı

Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək


Naxçıvan Muxtar Respublikasında (MR) üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi təşkil ediləcək.

"Report"un yerli bürosu xəbər verir ki, üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi iyunun 18-19-da Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə Ordubad şəhərində keçiriləcək.

Tədbirin konqres hissəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri haqqında çıxış edəcəklər.

Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri və birlik ruhu ön planda olacaq.

Oxşar xəbərlər

Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər
Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Respublika Elmi Konfransı keçirilir
Əziz Ələkbərli: "Qərbi Azərbaycana qayıdış" ideyasını yerlərdə soydaşlarımıza çatdırırıq
Xaçmazda “Qərbi Azərbaycan – Yurd yerimiz” elmi-praktik konfrans və festivalı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər