Naxçıvanda III "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi keçiriləcək
Naxçıvanda iyunun 18-19-da III "Qərbi Azərbaycana Qayıdış" festival-konqres keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, ilk tədbiri Naxçıvan şəhərində, ikinci tədbiri isə Batabat yaylağı ərazisində baş tutan layihənin növbəti dayanacağı Ordubad şəhəri olacaq.
Konqres çərçivəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri ilə bağlı məruzələrlə çıxış edəcəklər. Proqramda panel müzakirələr və elmi təqdimatlar əsas yer tutur.
Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri nümayiş olunacaq və ictimai həmrəyliyə təşviq edən tədbirlər keçiriləcək.
Qeyd edək ki, "Qərbi Azərbaycana Qayıdış" Festival və Konqresi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması tərəfindən birgə təşkil olunur.
Oxşar xəbərlər
Naxçıvanda üçüncü "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək
Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdışın koordinasiya mərkəzi gələcəkdə Naxçıvan ola bilər
Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Respublika Elmi Konfransı keçirilir
Komitə sədri: Qərbi Azərbaycana qayıdışla bağlı ikinci beynəlxalq konqresə yüzdən çox qonaq dəvət olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
