Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
sizinxeber.az xəbər saytı

Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu "Range Rover"ə çırpılıb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 8 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumata görə, qəzada 1998-ci il təvəllüdlü Ə.Əliyev, 2000-ci il təvəllüdlü A.Mehdiyev, 1995-ci il təvəllüdlü S.Məmmədova, 1986-cı il təvəllüdlü E.Həsənova, 1989-cu il təvəllüdlü Ə.Süleymanov, 2024-cü il təvəllüdlü Ə.Süleymanova, 2022-ci il təvəllüdlü M.Süleymanova və 1996-cı il R.Məmmədova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşub, xəsarət alanlar var
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb
Gəncədə qəzada iki nəfər xəsarət alıb
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər