Almaniya ordusu Rusiyanın mümkün hücumuna hazırlaşır
sizinxeber.az xəbər saytı

Almaniya ordusu Rusiyanın mümkün hücumuna hazırlaşır


Almaniya 2029-cu ilədək və ya daha tez müddətə Rusiyanın mümkün hücumuna hazırlaşmalıdır.

Bunu Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Kristian Freydinq “Politico” nəşrinə müsahibəsində bildirib.

Freydinq deyib ki, 2029-cu il Almaniyanın proqnozları deyil, bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatlarıdır.

“Bütün 32 NATO müttəfiqi razılaşır ki, Rusiya 2029-cu ildə NATO ölkələrindən birinə müdaxilə etmək qabiliyyətinə malik ola bilər”, — general qeyd edib.

Bununla yanaşı, o, Rusiyanın daha əvvəl də addım ata biləcəyi barədə xəbərdarlıq edib.

“Biz döyüşə hazır olmalıyıq”, — Freydinq əlavə edib.

Oxşar xəbərlər

Almaniya ordusu 2029-cu ilə qədər tam döyüş hazırlığında olmalıdır
Almaniya Ukraynaya silah tədarükünün tarixlərini açıqlayıb
Almaniyanın Baş Qərargah rəisi ordunu 2029-cu ilə qədər tam silahlandırmağı əmr edib
Peskov Rusiyanın NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməsini yalanlayıb
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər