Rusiya Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə yeni "Yol xəritəsi" hazırlayacaq
Rusiya mövcud birgə iş planının icrası başa çatdıqdan sonra Azərbaycanla 2027-2028-ci illər üçün parlamentlərarası əməkdaşlığın yeni "Yol xəritəsi"nin hazırlanmasına başlamağı nəzərdə tutur.
"Report" xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər 2024-2026-cı illər üzrə parlamentlərarası əməkdaşlığın "Yol xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icrasını davam etdirirlər.
"Biz bu tədbirləri diqqətlə izləyirik və parlamentlərarası komissiyanın növbəti iclasını keçirəndə artıq növbəti dövr - 2027-2028-ci illər üçün "Yol xəritəsi"ni hazırlayacağımıza ümid edirik", - Yatskin bildirib. O qeyd edib ki, bu işə əvvəlcədən başlamaq və iki ölkənin parlamentlərinin aidiyyəti qurumlarına müvafiq təkliflərin hazırlanmasını tapşırmaq lazımdır.
Federasiya Şurası sədrinin birinci müavini həmçinin komissiya iclasının gündəliyinə daxil edilmiş səhiyyə və təhsil məsələlərinin vacibliyini vurğulayıb.
"Hesab edirəm ki, bu, həm humanitar əməkdaşlıq çərçivəsində, həm də bütövlükdə insan münasibətlərinin inkişafı üçün çox vacib mövzudur", - o bildirib.
Oxşar xəbərlər
Andrey Yatskin: Azərbaycan deputatlarının Dövlət Duması seçkilərini müşahidə etməsini gözləyirik
Rusiya parlamentinin nümayəndələri Azərbaycana səfərə gəliblər
Bakıda Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir
Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığın inkişafı üzrə "yol xəritəsi" imzalayıblar
II Özbəkistan-Azərbaycan parlamentlərarası forumu 2026-cı ildə Azərbaycanda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
