Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır
sizinxeber.az xəbər saytı

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır


Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, böyük şəhərlərdə bu problemə daha az rast gəlinir: “Ancaq bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmət göstərəcək müəssisələrin vəziyyəti ürəkaçan deyil. Bu məsələni dəfələrlə qaldırmışıq. Bərdədə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu. İlk vaxtlar bu layihə yaxşı işləyirdi. Ancaq təəssüf ki, həmin sahədə gözlənilən qədər irəliləyiş əldə olunmayıb. TƏBİB-in İcraçı direktoru Anar Bayramovla görüşümüz oldu və bu məsələni qaldırdım. İlkin olaraq, regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini vurğuladım və Anar Bayramov da bununla razılaşdı. Bu istiqamətdə TƏBİB ciddi işlər görəcək. Çünki biz ilkin tibbi yardımın səviyyəsini yüksəltməsək, əhaliyə keyfiyyətli tibbi xidmət göstərməkdən danışa bilmərik. Rayon mərkəzindən uzaqda yerləşən kəndlər var və bəzən vaxtında müdaxilə etməklə kömək göstərilməsi mümkün olan xəstələri itiririk”.

Oxşar xəbərlər

Milli Məclisdə ilkin tibbi xidmətlərdə problemlərlə bağlı dinləmə keçiriləcək
Komitə sədri: Regionlarda ilkin tibbi xidmət göstərən məntəqələrin maddi-texniki bazası yoxdur
Deputat: İlkin səhiyyə xidmətinin gücləndirilməsi aktual olaraq qalır
Əhliman Əmiraslanov: Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın
Pulsuz dərman vasitələri ilə bağlı yeni qayda tətbiq olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər