Məcnun Məmmədov: "Torpaqların konsolidasiyası qapalı suvarma şəbəkəsi ilə su təminatı layihəsidir"
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov: "Torpaqların konsolidasiyası qapalı suvarma şəbəkəsi ilə su təminatı layihəsidir"


Torpaqların konsolidasiyası ilk növbədə pay torpaqlarının qapalı suvarma şəbəkəsi ilə su təminatı layihəsidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, torpaqların birləşdirilməsi, yəni konsolidasiyası birgə fəaliyyətə xidmət edəcək: "Biz konsolidasiya ilə bağlı Türkiyə təcrübəsini ciddi şəkildə araşdırmışıq. Bundan başqa Avropa ölkələrinin, İsrailin təcrübələrini öyrənmişik. Bu, ilk növbədə kəndətrafı pay torpaqları ərazilərinin qapalı suvarma şəbəkəsi ilə su təminatı layihəsidir. Su təminatı olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil".

Nazir əlavə edib ki, ciddi həcmdə su itkisi məhz sahədə suvarma zamanı, yəni klassik selləmə üsulu ilə suvarma zamanı baş verir: "Əgər suyu rezervuardan sahəyə qədər gətirib çıxarmayacağıqsa, məntiq etibarilə fermer lazım olduğu qədər və istədiyi həcmdə, əkdiyi bitkiyə uyğun su həcmini əldə edə bilməyəcək. Nəticədə suvarma aparıldığı zaman daha çox su itkisi olacaq. Buna görə də konsolidasiya ilk növbədə məhz pay torpaqlarının qapalı suvarma şəbəkəsi ilə su təminatı layihəsidir".

Oxşar xəbərlər

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üçün kəndlər müəyyənləşib
Azərbaycanda aqrar infrastuktur məlumatları vahid rəqəmsal sistemdə birləşdiriləcək
Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur"
İlham Bayramov: "Bu il 1,5 milyon hektardan çox torpaq sahəsi suvarılacaq"
Nazir: "Macarıstan universiteti Azərbaycanda filialını açmaqda maraqlıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər