"Anthropic" ABŞ hakimiyyətinin tələbi ilə ən son süni intellekt modellərini deaktiv edib
ABŞ-nin "Anthropic" şirkəti hakimiyyət orqanlarının tələbi ilə ən qabaqcıl süni intellekt modelləri olan "Fable 5" və "Mythos 5"ə girişi deaktiv etmək məcburiyyətində qalıb.
"Report"un məlumatına görə, bu barədə şirkət açıqlama yayıb.
"Anthropic"in məlumatına görə, ABŞ hökuməti milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, şirkətin xarici vətəndaşlığı olan işçiləri də daxil olmaqla, həm Amerika daxilində, həm də xarici ölkələrdə olan bütün xarici vətəndaşlar üçün modellərə girişi bloklayan ixrac nəzarəti direktivi verib.
"Bu direktivin nəticəsi olaraq, bütün istifadəçilər üçün "Fable 5" və "Mythos 5"i təcili olaraq deaktiv etmək məcburiyyətində qalırıq", - şirkət bildirib.
Şirkət müvafiq direktivi 12 iyun axşam aldığını bildirib. Lakin şirkət iddia edir ki, sənəddə mümkün milli təhlükəsizlik təhdidləri barədə konkret məlumat yoxdur. Firma nümayəndələri bildiriblər ki, hakimiyyət orqanları modellərin təhlükəsizlik məhdudiyyətlərini aşmaq üçün aşkar etdikləri bir üsulu yalnız şifahi şəkildə bildiriblər.
Şirkət hökumətin tələbini yerinə yetirdiyini vurğulayıb, lakin aşkar edilmiş zəifliyi kommersiya modellərini dayandırmaq üçün kifayət qədər əsas hesab etməyib.
"Anthropic" xəbərdarlıq edib ki, bu cür tədbirlərin bütün sənayeyə tətbiqi faktiki olaraq yeni süni intellekt sistemlərinin buraxılmasını ləngidə bilər.
Oxşar xəbərlər
Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
ABŞ süni intellektə nəzarəti gücləndirir
"OpenAI" ABŞ Qiymətli Kağızlar Komissiyasına IPO üçün gizlicə ərizə təqdim edib
“Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib
“Google”un keçmiş mühəndisi: Bəşəriyyətin süni intellekt səbəbiylə yox olma ehtimalı ən azı 95 faizdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
