Deputat: Ermənistanda Azərbaycanın sülh gündəliyinə dəstəyin artmasını müsbət qiymətləndiririk
Ermənistanda Azərbaycanın sülh gündəliyinə dəstəyin artmasını müsbət qiymətləndiririk.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev bildirib.
Deputat deyib ki, bu, inkaredilməz faktdır ki, Azərbaycanın formalaşdırdığı sülh gündəliyid regionun gələcək dayanıqlı inkişafının əsasını təşkil edir: “Ermənistanda keçirilən seçkilərdə də hakimiyyətin seçki platformasının əsas istiqamətlərindən biri məhz Azərbaycanın irəli sürdüyü sülh gündəliyi olub. Biz gördük ki, seçkilərə təsir göstərməyə çalışan müxtəlif güc mərkəzləri var idi və onlar açıq şəkildə öz namizədlərini dəstəkləyirdilər, resurslarını səfərbər edirdilər. Azərbaycanın mövqeyi isə fərqli idi. Biz sülh gündəliyini formalaşdırdıq və onu ardıcıl şəkildə təşviq etdik. Prezidentin sülh təşəbbüsləri qarşı tərəfi revanshist siyasətdən geri çəkilməyə məcbur etdi. Məlumdur ki, hazırkı Ermənistan hakimiyyəti hakimiyyətə gəldiyi ilk dövrlərdə sülh çağırışlarından çıxış etmirdi və hətta işğalçılıq siyasətini davam etdirməyə çalışırdı. Məhz Azərbaycanın sülh gündəliyi nəticəsində regionda yeni siyasi reallıq yarandı. Ermənistanda da Azərbaycanın sülh gündəliyinə dəstəyin artmasını müsbət qiymətləndiririk. Çünki sülh gündəliyinin digər tərəfi Ermənistan hökumətidir və bundan sonra paraflanmış sülh sazişinin imzalanması, həyata keçirilməsi və icrası bu məsuliyyət üzərində qurulacaq. Hazırda bizim Ermənistanla diplomatik münasibətlərimiz də yoxdur. Çox vacibdir ki, sülh sazişi Azərbaycanın şərtləri yerinə yetirildikdən sonra imzalansın, ratifikasiya olunsun və razılaşdırılmış 17 bəndin hər biri üzrə öhdəliklər tam şəkildə yerinə yetirilsin”.
Milli Məclisin sədri Sahibə Qafarova da Rizvan Nəbiyevin Ermənistanda seçkilərlə bağlı fikirlərini dəstəkləyib və Prezident İlham Əliyevin Milli Məclisdə kürsüdən səsləndirdiyi fikirləri xatırladıb: "Prezident özü bu zalda demişdi ki, bizim qələbəmiz özü bir çox layları silkələdi və regionda bütün situasiyanı bütün dəyişdirdi".
Oxşar xəbərlər
Deputat: Azərbaycan COP29-dan çox şey gözləyir
Deputat: Rəsmi Bakı inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərini qoruyur
Sahib Alıyev: Gürcüstanda müxalifət seçkiyə hazırlıqsız qatılıb
Mərakeşli deputat: Seçkilərdə bütün qaydalara əməl olunurdu
Deputat istilik təchizatı sahəsinin özəlləşdirilməsini təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
