Aqrar sahədə məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillər açıqlanıb
sizinxeber.az xəbər saytı

Aqrar sahədə məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillər açıqlanıb


Aqrar istehsalda rəqəmsal texnologiyaların tətbiqi, "ağıllı suvarma" sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafı, elmi tədqiqatların istehsalla inteqrasiyası məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillərdir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə parlamentin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, İsrail təcrübəsi bu baxımdan xüsusilə diqqət çəkir. Ölkə ərazisinin böyük hissəsini quraq və yarımsəhra zonaları təşkil etsə də, damcı suvarma texnologiyalarının tətbiqi nəticəsində dünyanın ən məhsuldar aqrar sistemlərindən biri formalaşdırılmışdır. Bu nümunə göstərir ki, təbii resursların həcmi ilə yanaşı onların idarə olunma keyfiyyəti də inkişafın əsas şərtlərindəndir".

Deputat qeyd edib ki, dünya iqtisadiyyatında akvakultura son onilliklərin ən sürətlə inkişaf edən sahələrindən hesab olunur: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən, qlobal balıq məhsulları istehsalında akvakulturanın payı davamlı şəkildə artır və bir çox ölkələrdə əsas istehsal mənbəyinə çevrilir. Bu sahədə Norveç nümunəsi xüsusi maraq doğurur. Norveç elmi araşdırmalar, biotexnologiyalar, müasir yetişdirmə sistemləri və emal sənayesinin inkişafı hesabına dünya balıq ixracında lider mövqelərdən birini tutur. Vyetnam da son onilliklər ərzində akvakultura sahəsinə yönəlmiş məqsədyönlü siyasət nəticəsində dünya bazarında mühüm yer qazanıb. Azərbaycanın Xəzər dənizinə çıxışı, zəngin su ehtiyatları, su anbarları və əlverişli təbii şəraiti balıqçılıq və akvakultura sahəsində geniş imkanlar yaradır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər həmin potensialın iqtisadi nəticələrə çevrilməsinə, yeni istehsal sahələrinin formalaşmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edir".

Oxşar xəbərlər

İlham Bayramov: "Bu il 1,5 milyon hektardan çox torpaq sahəsi suvarılacaq"
Azərbaycanda lazerli maladan istifadə edən fermerlər əlavə subsidiya alacaq
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Məcnun Məmmədov: "Aqrar sahədə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur"
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər