Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığın inkişafı üzrə "yol xəritəsi" imzalayıblar
Özbəkistan Ali Məclisi (parlament) Senatının sədri Tənzilə Narbayeva və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın görüşü çərçivəsində iki ölkə arasında 2025-2026-cı illər üçün parlamentlərarası əməkdaşlığın inkişafı üzrə Praktik Tədbirlər Planı imzalanıb.
Bu barədə “Sizinxeber.az” Özbəkistan Ali Məclisi Senatına istinadən xəbər verir.
Qeyd olunub ki, bu sənəd Özbəkistan və Azərbaycan parlamentləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə yönəlmiş strateji "yol xəritəsi"dir. Sənəd iki dövlətin daha da yaxınlaşmasına töhfə verəcək konkret məqsədləri və praktik istiqamətləri əhatə edir.
Tərəflər qeyd ediblər ki, planın həyata keçirilməsi parlamentlərarası formatda inteqrasiya proseslərinin möhkəm təməli olacaq və ikitərəfli dialoqun davamlı mexanizminin qurulmasına kömək edəcək.
Bundan əlavə, görüş zamanı iki ölkənin qanunverici orqanları arasında sistemli və razılaşdırılmış işə töhfə verəcək Parlamentlərarası Komissiyanın Reqlamenti imzalanıb. Sənəd əməkdaşlığın müntəzəmliyini, ardıcıllığını və institusional sabitliyini təmin etməyə, parlamentlərarası tərəfdaşlığın siyasi-hüquqi bazasını gücləndirməyə yönəlib.
Oxşar xəbərlər
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrlərinin görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












