Azərbaycanda emal sənayesi 4 %-ə yaxın böyüyüb
sizinxeber.az xəbər saytı

Azərbaycanda emal sənayesi 4 %-ə yaxın böyüyüb


Bu ilin yanvar-may aylarında Azərbaycanın emal sənayesində 8 milyard 999,9 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

"Sizinxeber.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.

Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında (2,8 dəfə), toxuculuq sənayesində (+32,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində (+27,9%), tütün məmulatlarının istehsalında (+20,6%), elektrik avadanlıqları istehsalında (+18,4%), əczaçılıq məhsullarının istehsalında (+14,6%), kağız və karton istehsalında (+13,5%), qida məhsullarının istehsalında (+10,7%) olub.

Xatırladaq ki, 5 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,2 % artaraq 27 milyard 524,2 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 0,9 % azalaraq 18 milyard 567,9 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,8 % artaraq 8 milyard 956,3 milyon manat,

Oxşar xəbərlər

Naxçıvanda sənaye istehsalı 13 %-dən çox artıb
Azərbaycanda sənaye istehsalı 2 %-dən çox azalıb
Azərbaycanda sənaye istehsalı cüzi artıb
Azərbaycanda sənaye istehsalı 2 %-ə yaxın azalıb
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər