Ceyhun Bayramov yaponiyalı parlamentarilərlə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya səfəri çərçivəsində Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb.
"Sizinxeber.az"a Azərbaycan XİN-dən verilən məlumata əsasən, görüş zamanı Azərbaycan–Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu çərçivədə, iki ölkə arasında siyasi məsləhətləşmələr və iqtisadi əməkdaşlıq komissiyası mexanizmlərinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından vacibliyi qeyd olunub.
Görüş çərçivəsində həmçinin, siyasi, iqtisadi, humanitar, ənənəvi və bərpa olunan enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Yaponiyanın aparıcı şirkətləri olan ITOCHU və INPEX-in Azərbaycanın enerji sektorunda, xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayaraq ölkəmizin etibarlı tərəfdaşları sırasında yer aldığı xatırlanıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Ceyhun Bayramov çex həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib
Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
