Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovu qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) "Sizinxeber.az"a bildirilib ki, görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşünü məmnunluqla xatırlayan C.Bayramov ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.
İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Moldovanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.
Oxşar xəbərlər
Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə regional əməkdaşlığın perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












