İsmət Əliyev: Uşaqlara qarşı zorakılıq və risklər, müdafiə tədbirləri gücləndirilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
17:30
ff aaaaaaa

İsmət Əliyev: Uşaqlara qarşı zorakılıq və risklər, müdafiə tədbirləri gücləndirilir

10 in, 2026
17:30
969

İsmət Əliyev: Uşaqlara qarşı zorakılıq və risklər, müdafiə tədbirləri gücləndirilir

Uşaqlara qarşı zorakılıq və risklər, müdafiə tədbirləri gücləndirilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev, "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.

O bildirilib ki, müasir dövrdə uşaqlara qarşı fiziki, psixoloji və mənəvi zorakılıq, baxımsızlıq, erkən nikah, eləcə də kiberməkanda və yol hərəkəti sahəsində mövcud risklər ciddi təhlükə yaradır:

"Bu baxımdan risk altında olan uşaqların vaxtında müəyyən edilməsi, onların müdafiəyə götürülməsi, hüquqlarının bərpası və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işin təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir" deyə İ. Əliyev qeyd edib.

Nazir müavini qeyd edib ki, uşaq yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin gələcəyidir:

"Uşaqların hüquq və sosial məsələləri dövlətin gələcəyi, cəmiyyətin mənəvi sağlamlığı və hüquq-mühafizə sisteminin humanist mahiyyətini əks etdirən mühüm amillərdən biridir. Buna görə də dövlətin gələcək inkişafı bu gün uşaqlara göstərilən münasibətdən, onların təhlükəsizliyinin, hüquqlarının və sağlam inkişafının təmin olunmasından birbaşa asılıdır. Uşaqların hüquqlarının müdafiəsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu sahədə Azərbaycan Respublikasının Konstitusiyası, "Uşaq hüquqları haqqında" qanun və ölkəmizin qoşulduğu beynəlxalq sənədlər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası mühüm hüquqi baza formalaşdırır" -deyə o, qeyd edib".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul