Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Monteneqro əməkdaşlığının hazırkı durumu və perspektivləri, ikitərəfli və çoxtərəfli səviyyələrdə münasibətlərin inkişaf etdirilməsi imkanları, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafı və bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi, parlamentlərarası əlaqələr qeyd olunub.
Azərbaycan-Monteneqro arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm və humanitar istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün münbit şəraitin olduğu diqqətə çatdırılıb. Bu xüsusda, yaşıl enerji üzrə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunulub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, demək olar ki, gündəlik əsasda vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb.
Müqabil tərəf, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb. Ölkəmizin təşəbbüsü ilə başlayan ikitərəfli danışıqlar nəticəsində sülh müqaviləsinin mətninin razılaşdırıldığı, lakin müqavilənin imzalanması üçün əsas əngəllərin, xüsusilə də Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə qarşı iddiaların qalmaqda olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Monteneqro tərəfindən isə dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Buxarest Azərbaycan – Ermənistan sülh prosesinin perspektivlərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN başçısının anqolalı həmkarı ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət müzakirə olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Kolumbiya əməkdaşlıq perspektivləri, COP29-a sədrlik müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












