Polşa Seymi daxili işlər naziri Kervinskiyə etimadsızlıq votumunu dəstəkləməyib
sizinxeber.az xəbər saytı

Polşa Seymi daxili işlər naziri Kervinskiyə etimadsızlıq votumunu dəstəkləməyib


Polşa Seymi daxili işlər naziri Marçin Kervinskiyə etimadsızlıq votumu təklifini dəstəkləməyib.

"Report" xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Kervinskinin istefaya göndərilməsinin lehinə 202, əleyhinə 232 deputat səs verib, bir nəfər bitərəf qalıb.

Daxili işlər nazirinə etimadsızlıq votumu təklifi müxalif "Qanun və Ədalət" partiyasının deputatları tərəfindən təqdim edilib.

Müxalifətin fikrincə, M.Kervinski daxili təhlükəsizlik, xidmətlərin fəaliyyəti və sərhədlərdəki vəziyyətlə bağlı bir sıra problemlərə görə siyasi məsuliyyət daşıyır.

Oxşar xəbərlər

Fransa parlamentində müxalifət baş nazirə etimadsızlıq votumu irəli sürüb
Cənubi Koreya parlamenti ədliyyə nazirinə etimadsızlıq göstərib
Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək
Fransa parlamentində sosialistlər ölkə hökumətinə qarşı etimadsızlıq votumu irəli sürəcəklər
Polşa Seymi kütləvi sığınacaqların tikintisinə razılıq verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər