Ömər aşırımında hərbi qulluqçular qarlı havada yıxılaraq dərəyə düşüblər
sizinxeber.az xəbər saytı

Ömər aşırımında hərbi qulluqçular qarlı havada yıxılaraq dərəyə düşüblər


Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti stabildir. Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir", MN-in məlumatında deyilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə minaya düşüb
MN Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb
Azərbaycan Ordusunun vəfat edən hərbi qulluqçusu dəfn edilib - FOTO - YENİLƏNİB
MN Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğunu açıqlayıb - FOTO
Gədəbəydə qar uçqununa düşən iki əsgərin nəşləri aşkar edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər