Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlənməsini arzu edirəm".
Eyni zamanda, Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb.
“Zati-aliləri cənab Prezident.
Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm”, - təbrik məktubunda qeyd olunub.
Oxşar xəbərlər
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik edib
Qətər Əmiri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib
Qətər əmiri və müavini Prezident İlham Əliyevə başsağlığı ünvanlayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
