Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Malayziya xarici işlər nazirinin müavini Mohamad Alamin ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Malayziya arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və alternativ enerji, təhsil, turizm sahələri üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
İki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin mövcudluğu qeyd olunub, bu istiqamətdə qarşılıqlı təmaslar və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub.
Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yollarının müzakirə olunduğu görüşdə, həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edilib.
Ölkəmizin D-8-ə üzvlüyə qəbul olunmasının vacibliyi vurğulanıb və alqışlanıb.
2026-cı ildə Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Bakıda İƏT-in Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla qeyd edilib və bu proses çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qarşı tərəf, o cümlədən Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrlik və ev sahibliyi münasibətilə, əldə edilmiş nailiyyətlərlə əlaqədar təbrik edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Malayziya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Malayziya tərəfindən isə xarici işlər nazirinin müavini Mohamad Alamin rəhbərlik edib.
Oxşar xəbərlər
Azərbaycan və Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
