Rustavi-Qırmızı Körpü yolunun tikintisi üzrə yenidən tender elan olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2026
22:00
ff aaaaaaa

Rustavi-Qırmızı Körpü yolunun tikintisi üzrə yenidən tender elan olunub

05 in, 2026
22:00
997

Rustavi-Qırmızı Körpü yolunun tikintisi üzrə yenidən tender elan olunub

Gürcüstanda Azərbaycan və Ermənistan sərhədlərinə çıxışı təmin edəcək Rustavi-Qırmızı Körpü və Alget-Sadaxlı avtomobil yolu layihəsinin tikintisi üzrə beynəlxalq tenderlər yenidən elan edilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, layihə çərçivəsində avtomobil yolu dörd hissə üzrə inşa olunacaq: Rustavi–Algeti (I lot), Algeti–Qırmızı Körpü (II lot), Algeti–Arfalo (III lot) və Arfalo–Sadaxlo (IV lot).

Qeyd olunub ki, sözügedən magistral yol Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsini təşkil edir və Gürcüstanın yol infrastrukturunu Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirəcək.

Layihə çərçivəsində beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun, küçə işıqlandırma sistemi ilə təchiz edilmiş 61,2 kilometrlik dörd zolaqlı beton avtomobil yolunun, həmçinin 26 körpü və 11 nəqliyyat qovşağının tikintisi nəzərdə tutulur.

Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının krediti və Gürcüstanın dövlət büdcəsi hesabına həyata keçiriləcək. Magistral yolun layihələndirilməsi isə Dünya Bankının maliyyə dəstəyi ilə Niderland şirkəti tərəfindən hazırlanıb.

Yeni avtomobil yolunun regionda nəqliyyat əlaqələrinin genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və sərhəd keçidlərinə çıxış imkanlarının yaxşılaşmasına töhfə verəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul