Numan Kurtulmuş: Türkiyə Azərbaycan-Ermənistan yaxınlaşmasını müsbət qiymətləndirir
Türkiyə, Azərbaycan və Ermənistan arasında parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafı istisna edilmir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərarası diplomatiyanın rolundan danışarkən deyib.
Onun sözlərinə görə, Qafqaz regionundakı digər dövlətlər də siyasi və parlamentlərarası səviyyədə üçtərəfli dialoq formatına cəlb edilə bilər.
Türkiyənin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin inkişafını həssas məsələ hesab edən N.Kurtulmuş bildirib:
"Rəsmi Ankara əvvəldən də regiondakı bütün dövlətlər arasında əməkdaşlıq mühiti yaradılmasını mümkün hesab edib. Bu mənada əsas çətinlik Azərbaycanın Qarabağ bölgəsinin işğalı ilə bağlı idi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi isə Cənubi Qafqazda yeni güc balansı yaradıb. Türkiyə Azərbaycanla Ermənistan arasındakı yaxınlaşmanı, xüsusən də son addımları çox müsbət və vacib hesab edir. Ümid edirik ki, Cənubi Qafqazda tezliklə uzunmüddətli sülh mühiti bərqərar olunacaq".
Oxşar xəbərlər
Numan Kurtulmuş: Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır
Numan Kurtulmuş: Yaxın Şərqdəki müharibə Türkiyənin milli təhlükəsizlik məsələsidir
Numan Kurtulmuş yeniden TBMM sədri seçilib
Numan Kurtulmuş: Türkiyə Qərbin təhlükəsizliyi üçün mühüm aktordur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
