WSJ: İran Qətərdəki dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə edə bilər
ABŞ və Qətər İranın humanitar malların alınması üçün dondurulmuş aktivlərinin bir hissəsindən istifadə etməsinə imkan verəcək mexanizmin yaradılması üzərində birgə iş aparır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, birinci mərhələdə Tehran Qətərdə saxlanılan 6 milyard dollara çıxış əldə edə biləcək. İran Mərkəzi Bankının müraciəti əsasında Qətər tərəfinin bu vəsaitlərdən ərzaq, dərman preparatları və digər humanitar təyinatlı malların ödənişi üçün icazə verməsi planlaşdırılır. Nəşr qeyd edib ki, ümumilikdə bütün dünyada təxminən 100 milyard dollar məbləğində İran vəsaiti bloklanıb ki, bu, əsasən, tətbiq edilən sanksiyalar nəticəsində Hindistan, İraq, Qətər və Çindəki hesablarda dondurulmuş neft gəlirləridir.
Qəzet xəbər verir ki, Amerika tərəfi bu mexanizmin İran vəsaitlərinin xərclənməsinə nəzarəti təmin edəcəyindən ümidlidir.
"Bununla belə, Tehran hazırda Vaşinqton və Doha tərəfindən hazırlanan plana razılıq verməyib", - "The Wall Street Journal" vurğulayıb.
İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-də başlamış hərbi münaqişənin başa çatmasını nəzərdə tutan memorandum imzalayıb. Sənədə əsasən, yekun razılığın əldə olunması üzrə danışıqların tərəqqisi fonunda İranın dondurulmuş və ya istifadəsi məhdudlaşdırılmış vəsaitləri və aktivləri blokdan çıxarılacaq və tamamilə əlçatan olacaq.
Oxşar xəbərlər
Pezeşkian: İranla Qətər arasında altı milyard dolların verilməsinə dair yaxşı anlaşma əldə olunub
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Qətər ABŞ ilə razılaşması üçün İrana 12 milyard dollarlıq jest iddialarını təkzib edib
KİV: İran 2015-ci il razılaşmaları səviyyəsində uranın zənginləşdirilməsinə qayıda bilər
Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk 1 milyard dolları alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
