Numan Kurtulmuş yeniden TBMM sədri seçilib
Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçilib.
“Sizinxeber.az” xəbər verir ki, 5 namizədin yarışdığı seçkilər gizli səsvermədə Ədalət və İnkişaf Partiyası (AK Partiya) hazırkı TBMM sədri və İstanbuldan deputat Numan Kurtulmuş 329 səs toplayaraq yenidən TBMM sədri seçilib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) Artvindən deputatı Uğur Bayraktutan 118, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Diyarbəkirdən deputatı Osman Cengiz Çandar 18, İYİ Partiya İstanbuldan deputatı Mustafa Cihan Paçacı 26, Yeni Yol Partiyası isə Samsundan deputatı Mehmet Karaman 6 səs toplayıb.
Nəticələrə əsasən 11 səs isə etibarsız sayılıb.
Beləliklə, N. Kurtulmuş üçüncü turda keçirilən səsvermədə 301-dən çox səsin mütləq əksəriyyətini toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Oxşar xəbərlər
Bu gün Türkiyə parlamentində sədr seçkiləri keçiriləcək
TBMM sədri: Beynəlxalq təşkilatlar yenidən formalaşmalıdır
TBMM sədri: Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir
TBMM sədri nazirə hücumla bağlı CHP liderinə zəng edib, narahatlığını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
