Culfada yanğında xəsarət alan 22 yaşlı qadın xəstəxanada ölüb
sizinxeber.az xəbər saytı

Culfada yanğında xəsarət alan 22 yaşlı qadın xəstəxanada ölüb


Culfada səkkiz gün əvvəl baş verən yanğında xəsarət alan 22 yaşlı qadın vəfat edib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova iyunun 19-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, hadisə iyunun 11-də Culfa şəhərindəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində F.Zeynalovanın azyaşlı oğlu, 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalov da ölüb.

Oxşar xəbərlər

Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb - YENİLƏNİB-2
Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO - YENİLƏNİB
Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb
Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər