Konqonun baş məşqçisi Sebastyen Desabr: "Futbolçularımla fəxr edirəm"
sizinxeber.az xəbər saytı

Konqonun baş məşqçisi Sebastyen Desabr: "Futbolçularımla fəxr edirəm"


Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr futbolçuları ilə fəxr edir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Konqonun çalışdırıcısı özü Portuqaliyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:

"Dünya çempionatlarında Konqonun tarixində ilk xalını və ilk qolunu qazanması böyük qürurdur. Futbolçular meydanda inanılmaz fədakarlıq və əzmkarlıq nümayiş etdirdilər.

Oyuna hazırladığımız planı, demək olar, tam şəkildə həyata keçirdik. Standart vəziyyətdən qol vurduq və oyunçularımla fəxr edirəm. Onlar Konqonu ən yaxşı şəkildə təmsil etdilər. Hesab edirəm ki, bütün ölkə buna layiq idi".

Qeyd edək ki, Portuqaliya - Konqo oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oxşar xəbərlər

Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"
Qətər millisinin baş məşqçisi Yulen Lopeteqi: "Komandamla fəxr edirəm"
Darren Beyzli: Üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusəm
"Sabah"ın baş məşqçisi: "Futbolçularımla fəxr edirəm"
Azərbaycan millisinin baş məşqçisi: "Heç-heçəni çox pis nəticə hesab edirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər