Elçin Yusubov: Xankəndi 80 min nəfərlik şəhər olacaq
sizinxeber.az xəbər saytı

Elçin Yusubov: Xankəndi 80 min nəfərlik şəhər olacaq


“Xankəndidə Zəfər Tağı olan ərazidə yöndəmsiz tikililər yerləşirdi. Qısa zamanda biz o qəzalı tikililərin müvafiq olaraq sökülməsini təmin etdik və Zəfər Tağı kimi möhtəşəm abidənin layihələndirilməsini və tikintisini həyata keçirdik”.

Sizinxeber.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

Xüsusi nümayəndə bildirib ki, Xankəndi şəhərində bəzi məsələlərdə gözləmə mövqeyindəyik:

“Xankəndi şəhərinin yeni Baş Planı hazırlanır. Bu hazır olandan sonra daha ciddi, əsaslı tikintilərin şahidi olacağıq. Əvvəlki Baş Planda əhali sayı 62 min idi, amma yeni Baş Plana görə, şəhər 80 min nəfərlik olacaq. Xankəndidə həm böyük parklar salınır, həm də mövcud parklar bərpa olunur”.

Oxşar xəbərlər

Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub
Xankəndidə 37 ildən son zəng çalınıb
Xankəndidə WUF13 festivalı keçirilib - FOTO
Emin Əmrullayev Xankəndidə ilk dərs günündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər