Xankəndidə WUF13 festivalı keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Xankəndidə WUF13 festivalı keçirilib - FOTO


Mayın 10-da Xankəndi şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

WUF13 Əməliyyat Şirkətindən Sizinxeber.az-ya verilən xəbərə görə, festivalda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, digər rəhbər şəxslər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

8000-ə yaxın iştirakçı ilə Zəfər Meydanında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib.

Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Gəncə şəhərində keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Xankəndidə WUF13-ün ikinci hissəsi başlayıb
Xankəndidə WUF13 festivalının ikinci hissəsi başlayıb
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
Xankəndidə WUF13 festivalı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər