Gürcüstan azərbaycanlı da daxil 62 əcnəbini deportasiya edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan 62 xarici vətəndaş deportasiya olunub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar Miqrasiya Departamentinin əməkdaşları tərəfindən DİN-in digər aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Deportasiya edilən şəxslər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Cənubi Afrika, Sudan, İordaniya və Filippin vətəndaşları da var.
Bildirilib ki, həmin şəxslər Gürcüstanda miqrasiya qaydalarını pozduqları üçün ölkədən çıxarılıblar. Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Oxşar xəbərlər
Gürcüstan 36 əcnəbini deportasiya edib, aralarında azərbaycanlı da var
Gürcüstandan 96 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib
Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Azərbaycan vətəndaşının da daxil olduğu 34 əcnəbi Gürcüstandan deportasiya olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Gürcüstan azərbaycanlı da daxil 62 əcnəbini deportasiya edib
