Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub
sizinxeber.az xəbər saytı

Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub


Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub. İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində keçirilən Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

Onun sözlərinə görə, ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub: "Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarın istifadəsinə verilib. Obyektlərin əksəriyyəti fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub. Fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq".

Oxşar xəbərlər

Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub
Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub    
Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub
İlin sonunadək Xankəndi, Ağdərə və Xocalıda 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulub
Xankəndi, Xocalı və Ağdərəyə 30 milyon manat investisiya qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər