"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırlayıb - VİDEO
sizinxeber.az xəbər saytı

"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırlayıb - VİDEO


Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, "Haber Global" bu mövzuya geniş diqqət ayırıb.

Telekanalın hazırladığı videoreportajda WUF13-ün dünyanın ən böyük şəhərsalma forumlarından biri olduğu vurğulanıb. Qeyd olunub ki, forumda əldə olunmuş nəticələr nəzərdən keçirilib, mövcud çətinliklər dilə gətirilib, həmçinin yeni istiqamətlər üzrə təkliflər səsləndirilib.

Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunub. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçirilib. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası baş tutub.

Oxşar xəbərlər

"Haber Global" "WUF13"ün ilk günü haqqında süjet hazırlayıb
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb
"Haber Global" Laçında keçirilən ECO Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
Fariz İsmayılzadə: WUF13-ün Bakıda keçirilməsi böyük diplomatik qələbədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər