Peskov: Putin və Paşinyanın görüşü ilə bağlı hələlik dəqiq razılaşma yoxdur
sizinxeber.az xəbər saytı

Peskov: Putin və Paşinyanın görüşü ilə bağlı hələlik dəqiq razılaşma yoxdur


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlə bağlı hələlik dəqiq razılaşma yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya və Ermənistan liderləri arasında təmasların hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, Ermənistanda seçki kampaniyasının yekunlaşmasından asılı olaraq müvafiq qərarlar veriləcək.

“Bildiyiniz kimi, iyunun 14-də seçkinin nəticələri ilə bağlı açıqlama gözlənilir. Bilirsiniz ki, bir çox seçki iştirakçısı etiraz etməyi planlaşdırır, səslərin yenidən hesablanması və s. Yəni bu, kifayət qədər çətin və uzun müddətdir”, - Peskov əlavə edib.

Oxşar xəbərlər

Peskov: Moskva və Vaşinqton sülh naminə çox çalışırlar
Kreml: Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq
Peskov: Trampın Səudiyyə Ərəbistanına səfəri Putinlə mümkün görüşlə bağlı deyil
Peskov: Trampın Səudiyyə Ərəbistanına səfər planlarının Putinlə əlaqəsi yoxdur
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər