Tramp: ABŞ İranda dağıdılmış infrastrukturun bərpasında iştirak edə bilər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla münaqişə nəticəsində dağıdılmış infrastrukturun bərpasında iştirak edə bilər.
Tramp bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.
“Bütün bu infrastrukturu, yeni körpüləri, yeni zavodları kimsə tikməlidir. Söhbət təxminən 1 trilyon dollardan, bəlkə də daha çox vəsaitdən gedir. Buna görə də, yəqin ki, biz də bərpa işlərində, yaxud bərpaya yardım prosesində iştirak edəcəyik”, - deyə ABŞ prezidenti bildirib.
Aparıcının bunun İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropa ölkələrinə göstərdiyi yardım proqramı olan Marşall planına bənzəyib-bənzəməyəcəyi ilə bağlı sualını Tramp müsbət cavablandırıb.
Bununla yanaşı, o əlavə edib ki, belə bir halda Vaşinqton “İranın neftinin yarısını əldə edəcək”.
Oxşar xəbərlər
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
Tramp İranla razılaşma əldə olunacağı təqdirdə İslamabada səfər edəcəyini istisna etməyib
Tramp: ABŞ-ın İranla danışıqları yaxşı gedir
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
Tramp: İranla müharibə başa çatmaq üzrədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
