Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
"Müasir diaqnostik təhlillərə görə, erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi gələcəkdə müxtəlif problemlərə səbəb ola bilər".
Sizinxeber.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Agentliyin təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə” qanun layihəsinin ictimai müzakirəsində deyib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə uşaqlar üçün zərərli hesab edilən, onların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir.
Əhməd İsmayılovun sözlərinə görə, ölkədə hazırlanan qanun layihələri bir neçə əsas aspekti əhatə edir və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini hədəfləyir: “Bu qanun layihəsi rəqəmsal dünyanın mövcud problemlərindən qorunma baxımından mühüm əhəmiyyət daşıyır. Təklif olunan müddəaların etik və beynəlxalq hüquq normalarına uyğun olduğu qeyd edilir”.
O, həmçinin qeyd edib ki, qanun layihəsinin hazırlanması və tətbiqi zamanı dövlət orqanları bu məsələyə ciddi diqqət yetirməlidirlər: “Bu istiqamətdə müvafiq dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi də vacib hesab olunur”.
Oxşar xəbərlər
Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Nazir müavini: Araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
