Emin Əmrullayev: Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir
Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda uşaqlar təhsil prosesində sosial mediadan və müxtəlif rəqəmsal vasitələrdən daha çox istifadə edirlər:
"Uşaqları elektron formatlardan uzaq tutsaq, cəmiyyət olaraq inkişaf edə bilməyəcəyik. Uşaqları məcburi şəkildə ənənəvi üsula qaytara bilmərik. Bu gün uşaqların 50 %-i sosial media ilə informasiya əldə edir. Onları sosial media platformaları, eləcə də elektron formatlardan uzaq tutmaq əvəzinə, bunu tənzimləməyi bacarmaq lazımdır. Dövlət bu sahəni tənzimləməyə çalışır və çalışmalıdır da. Çünki burada əsas məsələ düzgün və effektiv tənzimləmənin təmin edilməsidir".
Nazir bildirib ki, Azərbaycanda valideynlərin böyük qismi uşaqlarla evdə vaxt keçirə bilmir:
"Bu da uşaqların inkişafına qaçılmaz şəkildə təsir edir. Çünki orta statistik məlumatlar da evdə valideynin müxtəlif oyunlar oynadığı, yatanda nağıl oxuduğu uşaqların məktəbdə oxuma və anlama, riyazi biliklərinin yüksək olduğunu göstərir".
Oxşar xəbərlər
Zahid Oruc: Azərbaycanda valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir
Almaniyada yaşı 16-dan az olanlara sosial mediadan istifadənin qadağan olunması təklif edilib
Norveçdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırıla bilər
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
Bahar Muradova: Uşaqların təhlükəsizliyinin təmin olunmasına bütün qurumlar cəlb edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
