Türkiyə XİN: Seçkidən sonrakı dövrdə Ermənistanın sülhlə bağlı daha cəsarətli addımlar atacağına ümid edirik
sizinxeber.az xəbər saytı

Türkiyə XİN: Seçkidən sonrakı dövrdə Ermənistanın sülhlə bağlı daha cəsarətli addımlar atacağına ümid edirik


Rəsmi Ankara seçkidən sonrakı dövrdə Ermənistanın regionda sülh və normallaşma istiqamətində daha cəsarətli addımlar atacağına ümid edir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkiləri haqqında yaydığı bəyanatda qeyd olunub.

XİN Türkiyənin seçkilərin sülh və əmin-amanlıq şəraitində başa çatmasından məmnunluq duyduğunu bildirib.

"Seçkidən sonrakı dövrdə Ermənistanın regionda sülh və normallaşma istiqamətində daha cəsarətli addımlar atacağına ümid edirik", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Türkiyə bundan sonra da bölgə ölkələrinin müştərək maraqları əsasında regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası seçicilərin 49,83 % səsini toplayıb.

İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan "Güclü Ermənistan" Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,93 % səs alıb.

Oxşar xəbərlər

Türkiyə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir
Türkiyə Ermənistandakı seçkilərdən sonra Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir
Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq
Rubio: ABŞ Vaşinqton sülh sammitinin məqsədlərinə sadiqdir
Saar: Ermənistanla Azərbaycan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər