Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, yağış yağıb
sizinxeber.az xəbər saytı

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, yağış yağıb


İyunun 5-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.

İyunun 4-də saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə, saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə də dolu düşüb.

Oxşar xəbərlər

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb, güclü külək əsib
Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb
Bəzi bölgələrdə yağış yağıb, şimşək çaxıb
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər