Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb
Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Elektorn Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində məlumat verib.
O qeyd edib ki, yaşın müəyyənləşdirilməsi bank kartı vasitəsilə (vəsaitin müvəqqəti bloklanması mexanizmi ilə), elektron poçt və mobil nömrə məlumatlarının qarşılıqlı yoxlanılması əsasında aparılacaq.
Bildirilib ki, bu prosesdə müəyyən öhdəliklər platforma provayderlərinin üzərinə də düşəcək. Yeniyetmələr üçün asılılıq yarada bilən “sonsuz sürüşdürmə” funksiyası və videoların avtomatik işə düşməsi kimi manipulyativ dizayn elementlərinin istifadəsi qadağan ediləcək.
Eyni zamanda, valideynlərə övladlarının platformalarda keçirdiyi vaxtı və gördükləri məzmunu nəzarətdə saxlamaq üçün xüsusi idarəetmə paneli təqdim olunacaq.
Qeyd olunub ki, fərdi məlumatlardan yalnız yaşın təsdiqlənməsi məqsədilə istifadə ediləcək və uyğunluq təsdiqlənmədiyi halda bu məlumatlar dərhal silinəcək.
Həmçinin bu məlumatların reklam və kommersiya məqsədləri üçün istifadəsi və ya üçüncü şəxslərə ötürülməsi qadağan ediləcək.
Platformalar zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində onu silməli və bunun üçün 24/7 işləyən texniki sistemlər qurmalıdır.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
