AMB kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq
sizinxeber.az xəbər saytı

AMB kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq


Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında məlumatların idarə olunması (data governance) çərçivəsində minimum məlumat indikatorları formalaşdırmağı planlaşdırır.

Bunu "Report"a açıqlamasında AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı bildirib.

Onun sözlərinə görə, hər bir bank ilk növbədə öz məlumat bazasını tanımalı, hansı məlumatların həssas olduğunu müəyyən etməli və buna uyğun data governance sistemi qurmalıdır: "Eyni zamanda anti-fraud yanaşması çərçivəsində minimal indikatorlar formalaşdırılacaq. Həmin məlumatlar toplanılmalı və onların əsasında korrelyasiya qaydaları hazırlanmalıdır ki, anti-fraud platformaları anomaliyaları, o cümlədən ödəniş anomaliyalarını aşkarlaya bilsin. Bu təşəbbüs data layihəsi çərçivəsində formalaşdırılmalıdır".

Oxşar xəbərlər

AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda məlumat idarəetməsinin yeni mərhələsinə hazırlaşır
Azərbaycan Mərkəzi Bankının departamentlərindən birinin adı dəyişdirilib
AMB: Şübhəli nömrələrin operativ bloklanması üçün yeni mexanizmlər qurulur
Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər