Rəşad Abdullayev: "Azərbaycan millisinə özünəinamı bərpa etmək üçün daha çox qələbə lazımdır"
Azərbaycan millisinin özünəinamını bərpa etməsi üçün daha çox qələbə lazımdır.
Bunu "Sizinxeber.az"a açıqlamasında yığmanın sabiq futbolçusu Rəşad Abdullayev deyib.
Mütəxəssis rəqiblərin səviyyəsini dəyərləndirib:
"Açıq demək lazımdır ki, bu gün San Marinonun zəif rəqib sayılmasına baxmayaraq, dünya futbolu çox inkişaf edib. Azərbaycan millisinə daha çox qələbə lazımdır. Mən bir futbol məşqçisi kimi həmkarım Ayxan Abbasovun hələ komanda formalaşdırdığını çox yaxşı başa düşürəm. Onlar təlim-məşq toplanışına gediblər. Malta və ya San Marino olmasından asılı olmayaraq, komandaya özünəinam qayıtmalıdır. Rəqiblərin zəif və ya güclü olmasından asılı olmayaraq, komandanın öz oyununu daha çox inkişaf etdirməyə çalışması əsas hədəf olmalıdır. Bu gün millidə futbolçuların həvəsli olduğunun şahidiyik. Özlərinin dediklərinə görə, komanda daha yaxşı oynamağa başlayıb və bunun gələcəkdə bəhrəsini görə bilərik".
Hazırda "Neftçi"nin əvəzedicilərdən ibarət komandasını çalışdıran sabiq yarımmüdafiəçi reytinq göstəricilərinin komandaların real gücünü tam əks etdirmədiyini diqqətə çatdırıb:
"Peşəkar olaraq reytinqlə danışa bilmərik. Məsələn, Özbəkistan millisi dünya çempionatında oynayacaq. Azərbaycan millisi onlara qarşı oynasa, zəif təsir bağışlamaz. İtirilmiş illərə baxsaq, nəsə demək olar. Bu səviyyəyə gəlib çatmışıqsa, bundan sonrasını fikirləşməliyik. Bu, yeni millidir".
O, yerli məşqçi amilinin komandadakı müsbət təsirlərindən söz açıb:
"Həmişə o fikirdə olmuşam ki, yerli baş məşqçi olduqda futbolçularla ünsiyyət daha rahat qurulur, onların istəkləri üzə çıxır. Yoldaşlıq görüşlərində komandanın həvəsli olduğu hiss edilirdi Biz də klublarda işləyən məşqçilər olaraq oyunçuları yetişdirib milliyə göndəririk ki, komanda daha güclü olsun. Ayxan Abbasov hər iki oyunda fərqli heyətlərə şans tanıdı. Yəqin ki, rəsmi oyunlar olsaydı, çox rotasiya edilməzdi və eyni heyət oynayardı. Qrup matçlarında istər-istəməz bir heyət çıxış edəcək. Çalışmalıyıq ki, nəticə qazanılsın və komandaya özünəinam qayıtsın".
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda keçirdiyi son iki yoldaşlıq görüşündə Maltaya 0:2 hesabı ilə məğlub olub, San Marino üzərində isə 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu: “Addım-addım irəli getdiyimizi düşünürəm"
AFFA Məşqçilər Komitəsinin üzvü U-17-nin UEFA İnkişaf Turnirindəki ilk oyununu dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi: "Ədalətsiz qərarlara rəğmən, həm Monteneqronu, həm də baş hakimi məğlub etdik"
Azərbaycan millisinin baş məşqçisi: "Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur"
Azərbaycanın U-19 millisinin baş məşqçisi: Məğlubyyətlər üzücü olsa da, reallıqları nəzərə almaq lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
