Peskov: Trampın Səudiyyə Ərəbistanına səfəri Putinlə mümkün görüşlə bağlı deyil
sizinxeber.az xəbər saytı

Peskov: Trampın Səudiyyə Ərəbistanına səfəri Putinlə mümkün görüşlə bağlı deyil


ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri onun rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşü ilə əlaqəli deyil.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Xeyr, bu, ABŞ dövlət başçısının planlarıdır və V.Putinlə heç bir şəkildə əlaqəli deyil. V.Putinin hələlik belə planları yoxdur", - o, D.Trampın Səudiyyə Ərəbistanına səfərinin Rusiya lideri ilə mümkün danışıqlarla bağlı olub-olmadığı barədə suala belə cavab verib.

Bununla yanaşı, Kremlin nümayəndəsi bildirib ki, V.Putin və D.Trampın mümkün görüşünün tarixi və yeri barədə də hələlik dəqiq təsəvvür yoxdur".

"Biz müxtəlif səviyyələrdə və müxtəlif kanallar vasitəsilə amerikalılarla təmasları davam etdiririk", - D.Peskov əlavə edib.

Oxşar xəbərlər

Peskov: Putinin qrafikində Trampla telefon danışığı yoxdur
Trampın ilk xarici səfərinin hansı ölkəyə edəcəyi məlum olub
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
Trampın müşaviri: “Putinlə görüşə hazırlıq gedir”
Peskov: Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər